📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan da əvvəllər Lukaşenko kimi Rusiyanın qulu olub, daha azadlığa çıxmaq istəyirik"

2024-02-26 18:32:44

Hurriyyet.az xəbər verir ki, Ermənistanın hakim "Mülki müqavilə" partiyasından olan deputat Qagik Melkonyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın KTMT üzvlüyünü dondurması barəsində açıqlamasından danışarkən deyib: "Lukaşenko çox söz deyib. Lakin onun əsas leytmotivi belə idi - Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır, biz isə həmin statusda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik. İstədiyimiz tərəflərlə görüşə bilmək, müqavilələr imzalamaq istəyirik".
"Nyus.am" saytının yazdığına görə, Ermənistanın indiyə qədər müstəqil olub-olmadığı sualının cavabında deputat deyib: "Yox, biz Rusiyanın qulları olmuşuq. Çünki bizə hər şeyi məhz Rusiya diktə edirdi - kiminlə görüşməli, kiminlə ünsiyyət qurmamalı, ölkəmizdə kimin prezident olmasını o əmr edirdi".
Belə olan halda Ermənistanın niyə KTMT-nin tərkibindən çıxmadığı sualının cavabında Melkonyan deyib: "Vaxtı çatanda hər şeyi edəcəyik".
Hürr Tərcüman