Ermənistan dronlarla mübarizə üçün İsraildən avadalıq almaq istəyir
2024-01-08 16:57:50
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Ədliyyə Nazirliyi İsraildən dronlarla mübarizə üçün avadanlıq almağa hazırlaşır. Həmin avadanlığın köməyi ilə həbsxana ərazilərinə dronla narkotiklər atmaq cəhdlərinin qarşısını almaq planlaşdırılır. "Sputnik Ermənistan" nəşrinin yazdığına görə, bu barədə açıqlamanı Ermənistanın ədliyyə naziri Qriqor Minasyan verib. Onun sözlərinə görə, müasir texnologiyalar sayəsində çox uzaq məsafələrdən belə metr dəqiqliyi ilə həbsxanaların ərazilərinə narkotik maddələr atılır.
Hürr Tərcüman