Ermənistan ərəb ölkəsində səfirlik açacaq
2025-04-10 13:18:18
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan ilə Oman arasında diplomatik əlaqələr qurulur. Ermənistan hökumətinin bugünkü iclasında Omanın paytaxtı Maskat şəhərində səfirlik açılması qərara alınıb.
Oman Sultanlığının rəhbərliyi də İrəvanda səfirlik açmaq niyyətindədir.
Ermənistanın Maskat şəhərindəki diplomatik missiyasının iyulun 1-dən fəaliyyətə başlaması planlaşdırılır. Səfirliyin əməkdaşları üçün ildə 345 min dollar xərclənəcək.
Ermənistan son zamanlarda BƏƏ, Küveyt və Qətərdə səfirliklər açıb.
Hürr Tərcüman