📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Fransa ilə İrəvana hərbi yardım məsələsini müzakirə edir - Xaçaturyan

2023-10-06 00:21:02

Ermənistan Fransa ilə İrəvana hərbi yardım məsələsini müzakirə edir - Xaçaturyan

İrəvan Parislə Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün ona yardım məsələsini müzakirə edir.

Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan France 2 telekanalında bildirib.

"Bizə yeni hərbi tərəfdaş lazımdır. Fransa müdafiə qabiliyyətimizi gücləndirmək üçün bizə dəstək olacağına qəti söz verib və hazırda belə məsləhətləşmələr aparılır", - o deyib.

Xatırladaq ki, çərşənbə axşamı Yerevanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Ketrin Kolonna Fransanın Ermənistanla hərbi yardım haqqında saziş imzalamağa hazır olduğunu bəyan edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib ki, son 15 ildə Rusiya hakimiyyəti Ermənistana Qarabağ məsələsində güzəştə getməyi təklif edib, lakin Ermənistan hakimiyyəti bununla razılaşmayıb və mübarizəni davam etdirir. \\Redaktor.Az