📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan Fransanın dəstəyi ilə Cermux-Kəlbəcər istiqamətində hücum edə bilər" - POLİTOLOQ

2024-02-29 11:46:45

"Paşinyan sülh müqaviləsinin bağlanmasının çətin olduğuna eyham vurub və problemi Azərbaycanla bağlayıb"

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar nəticə vermir. Xarici işlər nazirlərinin Berlin görüşü də nəticəsiz danışıqlar prosesinin davamıdır. Ermənistanın baş naziri sülh müqaviləsinin bağlanmasının çətin olduğuna eyham vurub və problemi Azərbaycanla bağlayıb". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq qeyd edib ki, Azərbaycan Zəngəzur məsələsində fəallıq etmir, çünki bu məsələ İranla həll edilib: "Azərbaycanın irəli sürdüyü beş təməl prinsiplər üzrə İrəvan şərtlərlə çıxış edir. Fransa tərəfindən Ermənistanın silahlanması Nikol Paşinyanın sülh müqaviləsi üzrə danışıqlarda manipulyasiyası ilə nəticələnib. Artıq Paşinyan bu gün bir, söz sabah da başqa söz deyir. El məsələsində desək, Paşinyan "nala-mıxa vurur". Düşünürəm ki, Ermənistan qoşunlarını komplektləşdirib Cermux-Kəlbəcər istiqamətində Fransanın dəstəyi ilə hücum edə bilər. Rəsmi İrəvan Azərbaycanın bir çox yüksəkliklərdən geri çəkilməsini tələb edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az