Ermənistan hakimiyyəti Qarabağdan köçmüş separatçı qurumları ləğv edəcək
2023-10-11 12:26:09
Ermənistan mətbuatı yaxın vaxtlarda İrəvanda qondarma “Artsaxın nümayəndəliyi”nin və Qarabağ separatçılarının “əməliyyat qərargahının” bağlanacağını bildirir.
Artıq bu qurumların əməkdaşlarına çantalarını yığmağın vaxtı olduğu bildirilib. Ümumiyyətlə, Ermənistandakı Qarabağ “məmurları”nın narazılığı günü-gündən artır. Bunun da səbəbi ilk növbədə onlarən sabit gəlir mənbəyini (o cümlədən korrupsiya) itirməsidir. Məsələn, separatçı rejimin bütün “məmurlarının” maaşları Ermənistan büdcəsindən ödənilirdi. “Artsax”ın son dağılmasından sonra bütün “məmurlara” xəbər verildi ki, pul indi Qarabağdan köçmüş əhaliyə veriləcək və “məmurlara” artıq ehtiyac qalmadığından onlara maaş verilməyəcək.
Ülviyyə, Hurriyyet.az