📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub - STTM

2021-09-10 09:23:00

Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub - STTM

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə haqqında analitik məcmuə dərc edib.

Bu barədə Hurriyyet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir.

“Qafqazda Fırtına” adlanan analitik məcmuə mərkəzin direktoru Ruslan Puxovun ümumi redaktəsi altında çıxıb.

Məcmuədə diqqət çəkən məqamlardan biri - müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

Müəllif yazır ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənistanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Puxov bunun bir çoxlarının xoşuna gəlməməsinə baxmayaraq, göstərilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu qeyd edir.