Ermənistan Hindistandan raket qurğuları alır
2024-09-12 10:48:39
Hindistanın Müdafiə Tədqiqatları və Təhlili İnstitutunun baş direktoru Sujan Çinoy bildirib ki, Ermənistan Hindistanın 155 mm çaplı ATAGS silah qurğularının yeni təchizatında maraqlıdır. Bu barədə “Sputnik Ermənistan” xəbər verib.
Çinoyun sözlərinə görə, İrəvan təxminən 250 milyon dollar dəyərində çoxbarrelli “Pinaka” raket buraxılış qurğularının alınmasını da nəzərdən keçirir.
“Ümumiyyətlə, respublikanın müdafiə sənayesini inkişaf etdirmək potensialı var: bu sahədə artıq 3 startap var, Hindistanda isə onların sayı 120-dir”, o qeyd edib.
Ülviyyə, Hurriyyet.az