📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan hökuməti KTMT-dən çıxıb-çıxmamağa qərar verməlidir" - Dövlət Departamenti

2024-06-17 19:08:39

Ermənistan hökuməti KTMT-dən çıxıb-çıxmamağa qərar verməlidir və biz bu qərarlara hörmətlə yanaşırıq.

Bu barədə ABŞ Dövlət Departamenti "Amerikanın Səsi" radiosunun erməni xidmətinin Ermənistanın KTMT-dən çıxması ehtimalına görə Vaşinqtonun mövqeyi ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görməmişik", Dövlət Departamentindən bildirilib. \\APA