📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

2026-08-20 11:23:19

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti sülhün institusionallaşdırılması çərçivəsində yaxın 5 ildə Azərbaycanla ticarət əlaqələrini qurmaq istəyir.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üzrə fəaliyyət proqramının layihəsində qeyd olunub.

Nazirlər Kabinetinin gündəliyinə daxil edilən və rəsmi saytda dərc olunan sənəddə bildirilir:

“Sülhün institusionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Hökumət “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası işlərinin davam etdirilməsi, eləcə də vətəndaş cəmiyyətləri, Ermənistan və Azərbaycanın biznes dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması istiqamətində işləri davam etdirəcək”.