📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan iki ölkə ilə hərbi saziş imzaladı

2023-07-06 11:16:00

Ermənistan iki ölkə ilə hərbi saziş imzaladı

İyulun 5-də Kipr Respublikasında Ermənistan-Yunanıstan-Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan tərəfdən məsləhətləşmələrdə Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Məsləhətləşmələr zamanı bir sıra təhlükəsizlik və üç ölkənin maraqları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.

Müzakirələr nəticəsində Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirləri özündə əks etdirən üçtərəfli hərbi əməkdaşlığın illik proqramı imzalanıb.