Ermənistan ilə Avropa İttifaqı hərbi əməkdaşlıq planları qururlar
2024-01-10 14:50:44
Hurriyyet.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 10-da İrəvanda Avropa Xarici Fəaliyyət İdarəsinin rəhbəri Rorri Dommi ilə görüşüb. Dommini Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin sədri, səfir Vasilis Maraqos müşayiət edib. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi verib.
Görüş zamanı Ermənistan ilə Avropa İttifaqı arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə edilib.
Hürr Tərcüman