📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan-İran əməkdaşlığı Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq" - Movahedian

2022-11-12 22:47:00

Ermənistan-İran əməkdaşlığı Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq

“Ermənistan-İran əməkdaşlığının genişləndirilməsi Zəngəzur dəhlizinin yaradılması imkanlarını azaldacaq”.

Bunu iranlı ermənipərəst ekspert Ehsan Movahedian Ermənistanın “Güc faktoru” proqramının növbəti buraxılışında deyib. O, Ermənistan və İran arasında siyasi və ya hərbi ittifaqın yaradılmasının mümkün olub-olmaması haqqında danışıb.

O deyib ki, iki “dost” ölkənin təhlükəsizlik məsələlərində maraqları üst-üstə düşür.

“Ermənistanla İran arasında əməkdaşlığın genişlənməsi NATO-nun “Zəngəzur dəhlizi” və ya dediyimiz kimi Turan dəhlizi yaradılması imkanlarını azaldacaq.

İran Ermənistanla istənilən əməkdaşlığı alqışlayır. Lakin Ermənistan müstəqil dövlətdir və bu məsələni özü həll etməlidir.

Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzuolunan variantdır. Hesab edirəm ki, biz Şimal-Cənub yol dəhlizi proqramını tez bir zamanda başa çatdırmalıyıq.

Təəssüf ki, İran şirkətləri xəbərlərdən bildiyimə görə gələn ilin yazından bunu etməyi planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın “Zəngəzur dəhlizi” və ya NATO-nun Turan dəhlizi deyilən dəhliz yaratmaq imkanlarını azaldacaq”, – deyə Movahedian çərənləyib.

O, əlavə edib ki, İrəvan və Tehran mədəniyyət və media sahəsində əməkdaşlığı genişləndirməlidir ki, iki ölkə ilə bağlı dezinformasiya yayılmasın və hər iki cəmiyyətin yanaşmalarına təsir göstərməsin.

“Sizə bir misal deyim: bildiyimə görə, sizin media qurumlarınızın Tehranda filialı yoxdur. Niyə? Amma Tehranda Azərbaycan və Türkiyə ilə bağlı xəbər agentlikləri var. Siz İran ictimaiyyəti ilə birbaşa danışmalısınız və regional hadisələr haqqında birinci əldən, aydın və doğru məlumat verməlisiniz. Və bu halda Türkiyə və Azərbaycanın verdiyi dezinformasiyanın, təbliğatın iranlılara heç bir təsiri olmayacaq. Bu barədə vaxtaşırı danışıram, amma nədənsə bu vacib məsələyə diqqət yetirilmir”, – o deyib. \\KONKRET.az