Ermənistan-İran əməkdaşlığının yeni sahəsi
2024-06-19 16:07:31
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan ilə İran nümayəndələri sürətlə tikilən evlərin layihələndirilməsi məsələsini müzakirə ediblər.
Ermənistanın Şəhər Tikintisi Komitəsi İranın "Uşmand Saze" şirkətinin təmsilçiləri ilə İrəvanda görüş təşkil edib. Erməni mətbuatının məlumatına görə, görüşün əsas mövzusu ən son texnologiyalardan istifadə yolu ilə binaların sürətli tikintisi olub. Ermənistan hökuməti sağlamlıq, idman, təhsil müəssisələrinin, o cümlədən, məktəblərin və bağçaların sayının artırılması proqramı üzərində çalışır.
Hürr Tərcüman