📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan İran qazına "naz edir", Tehranın isə "kürkünə birə dolur"...

2023-10-10 09:23:22

Ermənistan İran qazına

İran Ermənistana qaz ixrac etmək istəsə də maneələrlə qarşılaşır. Daha doğrusu İrəvan təklifə xüsusi diqqətlə yanaşmır. 

Belə ki, İranın Qafqaz üzrə eksperti Seyid Məhəmmədrza Dəmavəndi İLNA-ya müsahibəsində Ermənistan bazarında Rusiya qazının İran qazı ilə əvəzlənməsinin mümkünlüyü barədə deyib:

"Əvvəla, onu qeyd etmək lazımdır ki, bizim qaz ixracı istəyimiz bir məsələdir, Ermənistanın İrandan idxal etmək istəyi isə başqa məsələ. Yəni, əvvəlcə baxmalıyıq ki, Ermənistan Rusiya qazını İran qazı ilə əvəz etmək istəyir, ya yox.

Ermənistan son aylarda müxtəlif məsələlərdə İranla əməkdaşlıq və münasibətlərin inkişafına lazımi maraq göstərmir, başqa bir məsələ isə odur ki, indi proseslər elə inkişaf edir ki, Ermənistan özünün enerji təminatı üçün Azərbaycana tərəf yönələcək..

Əslində, Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdıran vasitələrdən biri də enerji məsələsidir.

Yəni, Rusiya qazının Ermənistana nəqlinin dayandırılması ehtimalı imkanından istifadə edərək Azərbaycandan Naxçıvana boru kəmərini Ermənistanın cənubundan keçirməyə hazır olduqlarını və bu icazəyə görə Ermənistana lazım olan qazın bir hissəsinin bu ölkəyə pulsuz verilməsini nəzərdən keçirirlər. Bu fəaliyyət addım-addım davam edir.

Rusiyanın Ermənistana verdiyi bütün qazı təmin etməkdə texniki problemimiz var, xüsusilə qış aylarında".

Ülviyyə, Hurriyyet.az