📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan-İran yolunun kəsilməsi göstərdi ki, belə davam edərsə..."

2021-08-28 10:45:00

Azərbaycan torpaqlarını işğalda saxlamaqdan həzz alan, Şuşada dəmlənərək təlxək kimi rəqs edən, səsləndirdiyi "Qarabağ Ermənistandır" kimi qeyri ciddi açıqlamaları ilə özünü gülünc duruma salan Nikol Paşinyan "Dəmir yumruğ"un təsirindən ayılmağa başlayıb və indi yeni ampluada zühur edərək gündəmi dəyişmək eşqinə düşüb. O, Türkiyə ilə münasibətlərin bərpasının mümkünlüyünə işarə edib. Görəsən, Paşinyanın bu jestini səmimi qəbul etmək olarmı?

HURRİYYET.az xəbər verir ki, Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Ermənistan baş nazirinin bu açıqlamasını Moderator.az-a şərh edib:

"Ermənistan get gedə anlayır ki, ölkəni düşdüyü durumdan xilas etmək üçün Türkiyə ilə əlaqələr qurulmalı, sərhədlər açılmalıdır. Həm də bu, Azərbaycanla gərginlik fonunda baş verə bilməz. Təbii ki, Türkiyə Azərbaycanın maraqlarını Ermənistanın istəklərinə qurban verə bilməz. Son olaylar, xüsusən Ermənistan-İran yolunun kəsilməsi də göstərdi ki,  Azərbaycanın Ermənistanı diz çökdürmək imkanları genişdir və belə davam edərsə Ermənistanı Rusiyanın xilas edəcəyi xəyalı boş siyasətdir. Rusiya Ermənistanı silahlandırsa da onun öz ekonomik gücü olmasa dövlət kimi yaşaya bilməz. Paşinyan öz ağlı ilə Türkiyəyə siyasi mesaj göndərir. Amma Türkiyənin şərti olmalıdır. Ermənistan qondarma soyqırım ideologiyasından imtina etməlidir, Türkiyəyə ərazi iddialarından vaz keçməlidir. Başqa şərtlər də ola bilər. Azərbaycanla bağlı bəzi məsələlər də önə sürülə bilər... Ermənistanın başqa yolu olmadığı reallığından istifadə edib bir sıra digər məsələləri həll edə bilərik.