📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan İranla strateji tərəfdaş olmağı planlaşdırır

2025-12-25 15:37:02

Ermənistan İranla strateji tərəfdaş olmağı planlaşdırır

Hurriyyet.az xəbər verir ki, Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin 25 dekabr tarixli iclasından sonra keçirilən mitinqdə belə bir açıqlama verib. Onun sözlərinə görə, Ermənistan ilə İran arasında münasibətlər çox yüksək səviyyədədir.
Erməni mediasının məlumatına görə, Paşinyan deyib: "Bəli, biz İranla strateji əməkdaşlıq barəsində sənəd imzalamaq istəyirik".
Hələ 2025-ci ilin fevral ayında İranın Ermənistandakı o zamankı səfiri Mehdi Sübhani İrəvanla Tehranın hərtərəfli strateji sənəd üzərində işlədiyini bildirmişdi. O, bu sənədin uzunmüddətli proqramları əhatə edə biləcəyini və nəticədə ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün lazımi şərait yaradacağını bəyan etmişdi.
Hürr Tərcüman