📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan itki və yaralı xəbərini yenilədi: say artdı

2022-08-04 00:26:00

Ermənistan itki və yaralı xəbərini yenilədi: say artdı

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” antiterror əməliyyatı nəticəsində erməni qanunsuz silahlılarının verdiyi itkilərin qismən açıqlandığını xəbər vermişdik.

Erməni mediası itki və yaralıların sayında "dəqiqləşmələr" aparmaqdadır. Hazırkı məlumata görə, 2 erməni silahlı məhv ediləb, yaralıların sayı isə 19-a qalxıb.

“Onlardan 4-ü çox ağır vəziyyətdədir. Digərləri orta-ağır və ya yüngül sayıla bilər”, - məlumatda qeyd edilib.

Yaralıların bir hissəsi artıq İrəvan xəstəxanalarına göndərilib.

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri, eyni zamanda "Qisas" əməliyyatı ilə bağlı Azərbaycan MN-in yaydığı videolar erməni qanunsuz silahlı dəstələrinin daha çox itki verdiyini təsdiqləyir. \\Axar.az