Ermənistan KİV: Azərbaycan PUA-sı Sərsəng su anbarı yaxınlığındakı kazarmanı vurdu - FOTO
2022-08-03 17:46:00
Ermənistan KİV-də yayılan məlumata əsasən, Azərbaycan ordusu Kəlbəcərin Heyvalı kəndi istiqamətində (keçmiş Ağdərə - red.) pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçərək düşmənin hərbi kazarmalarına zərbələr endirib.
Sözügedən ərazi Sərsəng su anbarının yaxınlığında yerləşib. Erməni KİV-in iddiasına görə, Azərbaycan PUA-sının zərbəsi nəticəsində bir hərbçi ölüb, daha yeddisi yaralanıb.