📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Konstitusiya Məhkəməsi sərhədin delimitasiyası ilə bağlı müddəanı yoxlamağa başlayıb

2024-09-26 11:40:07

Ermənistan Konstitusiya Məhkəməsi sərhədin delimitasiyası ilə bağlı müddəanı yoxlamağa başlayıb

Ermənistan Konstitusiya Məhkəməsi sərhədin delimitasiyası ilə bağlı müddəanı yoxlamağa başlayıb. Bunu sentyabrın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında əsasnamənin yoxlanılmasına başlamalı olduğunu açıqladığı zaman bildirib. Komissiyanın reqlamentinin Konstitusiyaya uyğun olub-olmadığını məhkəmə müəyyən etməli olacaq.

Keçmiş ədliyyə nazirinin müavini Aram Orbelyanın sözlərinə görə, Konstitusiya Məhkəməsi müsbət nəticə verəcək, çünki məhz belə məsələləri həll etmək üçün hakimiyyət öz tərkibini dəyişib.

Təsdiq, öz növbəsində, Dağlıq Qarabağ ərazisinin Azərbaycana aidiyyatını təmin edəcək.

“Yerevan Observer” teleqram kanalı daha bir məqama diqqət çəkib: “May ayından başlayaraq sərhəd dirəkləri qazılaraq, Tavuş bölgəsindəki torpaqlar hansı əsasla Azərbaycana verilib, ancaq Allah bilir”.

Ülviyyə, Hurriyyet.az