"Ermənistan KTMT-dən çıxacaq. Nə zaman? Deyə bilmərəm"
2024-03-12 13:53:40
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransındakı çıxışında KTMT-nin İrəvanın qaldırdığı suallara cavab verməyəcəyi təqdirdə Ermənistanın qurumu tərk edəcəyini bildirib.
Paşinyan deyib: "KTMT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı məsuliyyət zonasının harada olduğu sualına cavab versə və bu cavab Ermənistanın baxışına uyğun olsa, hesab edəcəyik ki, bizim aramızdakı bu məsələ öz həllini tapıb. Əgər belə olmazsa, Ermənistan KTMT-dən çıxacaq. Nə zaman? Deyə bilmərəm".
Hürr Tərcüman