📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan KTMT-dən çıxır? - Qərargah rəisi danışdı

2023-11-16 16:28:19

Ermənistan KTMT-dən çıxır? - Qərargah rəisi danışdı

Ermənistan təşkilatdan çıxmaqla bağlı KTMT ilə rəsmi əlaqə saxlamayıb.

Hurriyyet.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov bildirib. 

"Ermənistan rəhbərliyi KTMT-dən  çıxması ilə bağlı heç bir açıqlama verilməyib. Bununla bağlı heç bir sənəd olmayıb, şəxsən mən görməmişəm.

KTMT-nin Qafqaz regionuna marağını itirməsi və ya Ermənistanı tərk etməyi planlaşdırması heç kimin ağlına belə gəlməyib.

Düşünürəm ki, müdrik dövlət başçılarımız Ermənistan Respublikasının üzləşdiyi çətinlikləri həll etmək üçün bir yol tapacaqlar”, - deyə KTMT-nin Birləşmiş Qərargah rəisi bildirib.

yenisabah.az