"Ermənistan KTMT ilə münasibətlərini aydınlaşdırmalıdır"
2024-06-03 14:05:02
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, KTMT təşkilatının baş katibi İmanqali Tasmaqambetov Ermənistanı mövqeyini dəqiqləşdirməyə, təşkilatla bağlı münasibətlərini müəyyənləşdirməyə çağırıb. O, İrəvanın qərar verməsinin təşkilatın bütün üzvləri üçün faydalı olacağını bildirib: "Perspektivlərin müəyyənləşdirilməsi təşkilatın bütün üzvlərinin gələcək birgə fəaliyyətinin tam təminatı üçün faydalı ola bilər". Tasmaqambetov qeyd edib ki, İrəvanın KTMT fəaliyyətində iştirakının məhdudlaşmasına baxmayaraq, əsas qarşılıqlı təsir mexanizmləri işləyir.
Baş katib Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qaldığını, İrəvana qarşı bütün öhdəliklərin dəyişmədiyini əlavə edib.
Hürr Tərcüman