📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan KTMT-ni tərk edə bilər" - rəsmi açıqlama

2024-09-09 12:55:35

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını istisna etməyib.
Spiker Simonyan bugünkü brifinqdə Ermənistanın KTMT-ni tərk edə biləcəyini, bunun istisna olmadığını söyləyib. Simonyan jurnalistin bu məsələ ilə bağlı sualının cavabında deyib: "Heç nəyi istisna etmək olmaz".
Bəlli olduğu kimi, ölkənin Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu, həmçinin, "KTMT üzvü olan iki ölkə Ermənistana qarşı müharibə hazırladıqlarını"  bəyan etmişdi.
Jurnalist həmin iki ölkənin hansı dövlətlər olduğunu soruşduqda, Paşinyan ad çəkməyin məqsədyönlü olmadığını söyləmişdi.
Hürr Tərcüman