📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan KTMT-nin bugünkü tədbirində iştirak etmir

2024-05-31 11:49:55

Ermənistan KTMT-nin bugünkü tədbirində iştirak etmir

Hurriyyet.az "Sputnik Qazaxıstan" agentliyinə istinadla xəbər verir ki, Almatıda KTMT ölkələrinin müdafiə nazirlərinin müşavirəsi başlanıb. Ermənistan tərəfi tədbirdə iştirak etmir.
Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dayandırdığını bəyan edib. Mart ayında isə Paşinyan təşkilatın İrəvanın ölkənin suveren ərazisi ilə bağlı suallarına cavab verməyəcəyi təqdirdə KTMT-ni tərk edəcəyini bildirib. Ermənistan həmin açıqlamalardan əvvəl də KTMT tədbirlərində iştirakını dayandırmışdı.
Hürr Tərcüman