📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan KTMT üzvü olaraq qalır"- KİV

2024-05-09 00:18:09

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarından xəbərdardır, lakin rəsmi İrəvan təşkilatın üzvü olaraq qalır.

Bu barədə TASS-a KTMT-dəki mənbə bildirib.

“Bu, yeni xəbər deyil, durumdan xəbərdarıq. Lakin Ermənistan KTMT üzvü olaraq qalır”, - adı açıqlanmayan mənbə deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkəsinin 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini bəyan etmişdi. \\Report.Az