📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Londonda 17 milyon funtluq malikanə alır

2023-09-07 16:30:50

Ermənistan Londonda 17 milyon funtluq malikanə alır

“Özünə hörmət edən dövlət hazırda Böyük Britaniyada Ermənistanın diplomatik nümayəndəliyinin yerləşdiyi ərazini səfirlik hesab edə bilməz”.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 7-də hökumətin iclasında deyib.

O, Londonda 17 milyon funt-sterlinqə səfirlik binası aldığını, onun Ermənistanın mülkü olduğunu xatırladıb.

“Biz çoxdandır ki, səfirliyin yerini dəyişmək istəyirik. Mən şəxsən orada olmamışam, amma şəkillərini görmüşəm. Bir yerdə dam sızır, başqa bir yerdə döşəmədə çuxur var, üçüncü yerdə pəncərə yoxdur. Təəssüf ki, bizdə bir çox yerlərdə bu problem var. Səfirlik binaları müvafiq səviyyədə olmalıdır”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan hökuməti Londonun mərkəzində beşmərtəbəli binanın alınması üçün təxminən 8 milyard 388 milyon dram (21 milyon dollar) pul ayırıb. /musavat.com/