Ermənistan Məhkəməsinin Putinin həbsinə münasibəti ilə bağlı Rusiyadan açıqlama
2023-03-30 18:38:00
Hurriyyet.az xəbər verir ki, Rusiya XİN ermənistanın Kosntitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putini həbs eləmək qərarının ölkə konstitusiyasına uyğun olduğunu hesab eləmək qərarı ilə bağlı mövqeyini bildirib.
Martın 30-da keçirilən brifinq zamanı RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bu məsələnin Rusiya ilə Ermənistan arasındakı yüksək səviyyələrdəki təmaslarda müzakirə predmeti olduğunu söyləyib.
Zaxarova deyib: “Bu təmasların detallarını səsləndirməyi zəruri hesab eləmirəm. Əlbəttə, hesab edirik ki, bu süjet müttəfiqlik və qarşılıqlı anlaşma münasibətləri əsasında nizamlanacaqdır”.
Hürr Tərcüman