Ermənistan Metsamor AES ilə Güney Azərbaycan əhalisini zəhərləyir
Ermənistanın Metsamor AES-i Güney Azərbaycanda xərçəng xəstəliyinin tüğyan etməsinə səbəb olur. Belə ki, Ərdəbilli deputat Ermənistanın Metsamor AES-in tullantılarını Araz çayına axıtmasından sonra xərçəng xəstəliyindən əziyyət çəkən nsanların sayının artması barədə xəbərdarlıq edib.
Bu barədə "Khabar Online" saytı yazır. Saydakı məlumata görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib. Meşkini bildirib:
“Tullantıları Araz çayına axıdılan Ermənistanın Metsamor atom elektrik stansiyası National Geographic jurnalına görə dünyanın ən təhlükəli elektrik stansiyası hesab edilir və çayın keçdiyi əraziləri, xüsusilə də Ərdəbili çirkləndirir və bu çirklənmə insanlarda mədə xərçəngi və həzm xəstəlikləri yarada bilər”.
“Bu yaxınlarda Ərdəbil Tibb Elmləri Universitetinin səhiyyə üzrə prorektoru Məhəmməd Cəfərzadə Ərdəbil əhalisinin sayına görə 22-ci əyalət olduğunu, lakin ölkədə həzm və mədə xərçəngindən əziyyət çəkən insanların sayına görə ilk əyalət olduğunu bildirib. Bunun səbəbləri araşdırılmalıdır”, deyə Meşkini qeyd edib.
Ülviyyə, Hurriyyet.az