📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan müdafiə nazirinin müşaviri istefaya göndərildi

2023-02-10 14:00:00

Ermənistan müdafiə nazirinin müşaviri istefaya göndərildi

Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlayıb. 

Məlumata görə, bu barədə qərarı müdafiə naziri Suren Papikyan imzalayıb. Onun istefaya göndərilmə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vardan Avetisyan 2016-cı ilin noyabrında müdafiə nazirinin müşaviri təyin edilib. 

Xatırladaq ki, bu gün Ermənistan mediasında Suren Papikyanın istefa verəcəyi barədə məlumat yayılıb. (qafqazinfo)