📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Müdafiə Nazirliyində 4 nəfər həbs edildi

2022-11-16 14:15:00

Ermənistan Müdafiə Nazirliyində 4 nəfər həbs edildi

Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən rüşvət alma halları üzə çıxıb.

Hurriyyet.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, artıq 4 nəfər həbs edilib.

Qeyd olunub ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət prosesinə əsasən Müdafiə Nazirliyi rəsmisinin iki hərbçini müxtəlif vəzifələrə təyin etmək məqsədilə ümumilikdə 3500 dollar rüşvət alması sübuta yetirilib.
İstintaq davam edir.