Ermənistan Müdafiə Nazirliyindən yaralı hərbçilərlə bağlı açıqlama
2023-04-12 09:30:00
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri ilə Gorus rayonunun Dığ kəndi yaxınlığında baş vermiş atışma nəticəsində yaralanan 6 hərbçinin vəziyyəti barədə məlumat yayıb.
Bu barədə erməni mediasına istinadən bildirir.
Qeyd olunub ki, 3 yaralının vəziyyəti qənaətbəxş, digərlərinin vəziyyəti isə orta ağır, ağır və son dərəcə ağır olaraq qiymətləndirilir.
İrəvan rəsmən elan edib ki, atışma nəticəsində 4 əsgərini itirib.