Ermənistan müdafiə xərclərini artırır – 2023-cü il büdcəsi
2022-10-24 15:12:00
Hurriyyet.az xəbər verir ki, 2023-cü ildə Ermənistan hökuməti müdafiəyə 505 milyard dram (1,2 milyard dollara yaxın) vəsait xərcləməyi planlaşdırır. Bu barədə məlumatı Ermənistanın Maliyyə nazirinin müavini Vahe Ovannisyan verib. “Armenpress” nəşrinin yazdığına görə, nazir müavini deyib: “Ötən il ilə ilə müqayisədə müdafiə xərcləri artacaq. 2023-cü il üçün 505 milyard drama yaxın büdcə ayrılması planlaşdırılıb. Bu, ötən ildəkinə nisbətən 160 milyard dram çoxdur. Heçbir digər sahədə belə artım planlaşdırılmır”.
Ovannisyan 2023-cü il dövlət üdcəsiin azı 7% iqtisadi artım proqnozuna əsaslandırıldığını xəbər verib.
Hürr Tərcüman