📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan müxalifəti həftəsonu mitinq keçirəcək

2023-09-29 11:10:53

Ermənistan müxalifəti həftəsonu mitinq keçirəcək

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanda müxalifət yenidən mitinqlər keçirməyə hazırlaşır.

Erməni müxalifətinin Milli Komitəsi sentyabrın 26-da etiraz aksiyalarının dayandırıldığını elan etmişdi.

Komitənin dünən yayılan yeni bəyanatında deyilir: “Milli Komitə sentyabrın 30-da, saat 17.00-da Respublika meydanında mitinq keçirəcək”.

Hürr Tərcüman