📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan müxalifəti Nikol Paşinyanla Qarabağ məsələsi üzrə gizli müzakirədən imtina etdi

2021-12-23 13:46:00

Ermənistan müxalifəti Nikol Paşinyanla  Qarabağ məsələsi üzrə gizli müzakirədən imtina etdi

Ermənistan Milli Məclisinin iki müxalifət fraksiyası xəbər verir ki, Alen Simonyan müxalifət fraksiyalarına Nikol Paşinyanla qapalı görüş keçirmək təklifi təqdim edib.
“Xatırladaq ki, hələ 2020-ci ilin oktyabrında, müharibə günlərində Nikol Paşinyanla hələ də sonuncunun manipulyasiya etdiyi və təhrif etdiyi formatda görüşlər keçirilirdi. Bu müddət ərzində hakimiyyət dəfələrlə sübut edib ki, onlar gizli şəkildə şübhəli danışıqlar aparır, sırf öz antimilli planlarını irəli sürürlər. İstənilən danışıqlar prosesi özlüyündə dövlət və ya hərbi sirr deyil.
Erməni xalqını narahat edən məsələlərlə bağlı qapalı görüş formatı ümumiyyətlə qəbuledilməzdir. Nikol Paşinyanla oxşar formatda görüşə gəlincə, bu barədə əvvəllər də bəyanat yayılıb. Müxalifət fraksiyaları iclasda yalnız açıqlıq, bərabərlik və xalq qarşısında hesabatlılıq şəraitində iştirak edəcəklərini bildirdilər, bu isə rədd edildi. Ona görə də qapalı iclasların keçirilməsinin məqsədəuyğun olmaması ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik”, deyə müxalifət fraksiyalarının bəyanatında deyilir.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan “Ermənistan” və “Şərəfim var” fraksiyalarına qapalı iclas keçirməyi və Qarabağ üzrə danışıqlar prosesini müzakirə etməyi təklif edib, təklifi də Milli Məclis sədri Alen Simonyan müxalifət fraksiyalaırna təqdim edib. Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan “Joxovurd” qəzetinin müxbirinə müsahibəsində bu məlumatı təsdiqləyib. "Müxalifət bu təklifi rədd etdi. O, müzakirənin, misal üçün, parlamentdə hökumət saatı zamanı ictimai şəkildə olmasını təkid edir", Xaçatryan deyib. Bu məlumatı “Ermənistan” fraksiyasının üzvü Aqnessa Xamoyan da təsdiqləyib. 
Ülviyyə, Hurriyyet.az