"Ermənistan müxalifətinin Paşinyana müqavimət göstərməyə taqəti qalmayıb" - ELXAN ŞAHİNOĞLU
"Ermənistan prezidenti Vaaqn Xaçaturyan Paşinyanın əlini gücləndirib, hökumətin Azərbaycanla son razılaşmasını alqışlayıb"
"Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil: "Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az