📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan-NATO əməkdaşlığı müzakirə edilib

2023-01-18 20:14:00

Ermənistan-NATO əməkdaşlığı müzakirə edilib

Hurriyyet.az xəbər verir ki, Ermənistan ilə NATO regiondakı vəziyyəti və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Yanvarın 18-də Ermənistanın Xarici İşlər nazirinin müavini Vahe Gevorkyan ilə NATO-nun Qafqazdakı və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Havyer Kolominanın görüşü olub. Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti paylaşıb.

Görüşün əsas mövzusu Ermənistan-NATO əməkdaşlığı məsələsi olub.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri mövzularını da müzakirə ediblər.

Hürr Tərcüman