Ermənistan NATO ilə siyasi dialoqun inkişafına sadiqdir - Paşinyan
2024-03-19 14:40:30
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın paytaxtında NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra jurnalistlərə açıqlamasında İrəvanın alyans ilə siyasi dialoqun inkişafına sadiq qaldığını bildirərək deyib:
“Biz NATO ilə, eləcə də təşkilatın ayrı-ayrı üzv dövlətləri ilə mövcud siyasi dialoqu davam etdirməkdə və tərəfdaşlığı genişləndirməkdə maraqlıyıq. Bölgəmizdə baş verən hadisələr fonunda Ermənistanın müvafiq müdafiə qabiliyyətini gücləndirməsi və inkişaf etdirməsi son dərəcə vacibdir”.
Hürr Tərcüman