📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan növbəti dəvəti rədd etdi - Simonyan Rusiyaya getməyəcək

2024-07-09 19:32:35

Ermənistan növbəti dəvəti rədd etdi - Simonyan Rusiyaya getməyəcək

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB-nin Parlamentlərarası Assambleyasında iştirakdan imtina edib. Tədbirin bu həftənin axırında Rusiyanın Peterburq şəhərində keçirilməsi planlaşdırılıb.
Bu barədə Alen Simonyanın köməkçisi Moves Arutyunyan sosial şəbəkələrdə məlumat verib: "Parlamentin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterbuq şəhərində keçiriləcək MDB Parlamentlərarası Assambleyada iştirak etməyəcək".
Hürr Tərcüman