Ermənistan onları İrana bağlayan Tatev-Aqvani yolunu təcili bitirməyə çalışır
2021-11-03 14:26:00
Ermənistanda İrana alternativ magistral yolun tikintisinin noyabr ayında başa çatdırılması planlaşdırılır. Bu barədə Ermənistanın ərazi və infrastruktur idarəetməsi naziri Qnel Sanosyan deyib.
"Gorus-Qafan yoluna alternativ olaraq inşa edilən Tatev-Aqvani yolunun başa çatmasına bir kilometr qalıb. Hava şəraiti imkan verən kimi biz işi sona çatdıracağıq. Düşünürəm ki, bu həftə yolun inşaat işini başa çatdıracağıq" deyə erməni nazir bildirib.
Ülviyyə, Hurriyyet.az