Ermənistan ordusu təxribata hazırlaşır
2021-11-25 11:44:00
Ermənistan ordusunda təxribata hazırlıq prosesi gedir.
Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün Feysbuk səhifəsində yazıb.
“Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif olan generalların növbəti dəfə atəşkəsi pozmağa cəhd göstərəcəkləri istisna edilmir”, - ekspert qeyd edib.