📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan ordusunun hərbi forması dəyişir

2023-02-02 13:12:00

Ermənistan ordusunun hərbi forması dəyişir

Ermənistan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin hərbi formasını dəyişdirəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Silahlı qüvvələrdə başlanan islahatlar çərçivəsində ordunun səhra, məişət, xidməti, kursant və digər növləri də daxil olmaqla, formasının dəyişdirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.