📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan öz suveren ərazisinin hara olduğunu hələ də bilmir

2024-01-25 16:20:12

Ermənistan öz suveren ərazisinin hara olduğunu hələ də bilmir

Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Kadastr Komitəsinin başçısı Suren Tovmasyan yalnız Azərbaycan ilə sərhədlərin delimitasiyası və demarkasiyasından sonra Ermənistanın öz suveren ərazisi barəsindən informasiyaya malik olacağını söyləyib. 
Jurnalistlər Nikol Paşinyanın "Ermənistanın kadastr sertifikatı yoxdur" sözlərini xatırlatdığı zaman Tovmasyan bunun sərhədlərin delimitasiya olmadığı demək olduğunu deyib. 
Ötən ilin baharında Paşinyan parlamentdəki çıxışında bəyan eləmişdi ki, Ermənistan xalqı 30 il ərzində bu torpaqların "kadarst sertifikatına" malik olmadan yaşayıb.
Hürr Tərcüman