Ermənistan parlamenti birinci oxunuşda sərhədlərin delimitasiyası komissiyasının iş qaydalarını təsdiqləyib
2024-10-23 10:38:33
Ermənistan parlamenti birinci oxunuşda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iş qaydalarını təsdiqləyib. Bu barədə "News.am" xəbər verir.
Parlamentin 8-ci sessiyasının növbəti iclasında 67 deputat “lehinə” səs verib. Müxalifət nümayəndələri səsvermədə iştirak etməyiblər.
Ülviyyə, Hurriyyet.az