📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan parlamentində Aİ-yə üzvlüyü üçün müraciətin verilməsinə dair dinləmələr keçirilir

2024-06-21 13:40:19

Ermənistan parlamentində Aİ-yə üzvlüyü üçün müraciətin verilməsinə dair dinləmələr keçirilir

Ermənistan parlamentində “Ermənistan Respublikasının Aİ-yə üzvlüyü üçün müraciətin verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklifi ilə bağlı” dinləmələr keçirilir. “Respublika Partiyası” üç ay ərzində Aİ-yə üzvlük ərizəsi ilə bağlı referendum təşkil etməyi təklif edir. Bunu partiyanın lideri Aram Sarkisyan bildirib.

Ermənistan parlamentində cümə günü “Ermənistan Respublikasının Aİ-yə üzvlüyü üçün ərizə verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklifi” mövzusunda dinləmələr keçirilir.

Sarkisyan qeyd edib ki, sonda xalq Ermənistanın inkişafı üçün hansı sivilizasiya yolunu gördüyünü deməlidir.

“Gürcüstanda ümummilli parlament seçkilər keçiriləcək ki, bu da referendumdur. Moldovada Avropaya üzvlüklə bağlı referendum keçiriləcək. Bu baxımdan, Gürcüstanda, Moldovada seçkilərdən əvvəl seçkilərimiz olsaydı və hakimiyyət mənə bir az hörmət etsəydi, sentyabrın 21-də seçki keçirərdilər. 1991-ci il sentyabrın 21-də müstəqillik haqqında referendum keçirildi”, deyə Sarkisyan xatırladıb.

Onun sözlərinə görə, söhbət simvolizmdən getmir, bu o demək olacaq ki, Ermənistan yenidən bu regionda demokratiya “adasına” və demokratiya sahəsində lider ölkəyə çevrilməyə çalışır.

“Avropa İttifaqına üzvlük üçün müraciət edərkən Ermənistan mütləq Rusiya, Türkiyə və Azərbaycanın xarici siyasət təzyiqlərindən daha çox qorunacaq”, deyə Sarkisyan bildirib.

Ülviyyə, Hurriyyet.az