📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan parlamentində çaxnaşma: "Polis maaşı manatla alır"

2024-05-29 17:12:57

Ermənistan parlamentində çaxnaşma:

Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, Ermənistan deputatları parlamentdə bir-birini təhqir ediblər.
Bu gün Ermənistan parlamentində 2023-cü il dövlət büdcəsinin yerinə yetirilməsi məsələləri müzakirə edilb.
İqtidarla müxalifət təmsilçiləri arasında söz davası "Hayastan" (Ermənistan) blokundan olan deputat Tadevos Avetisyanın daxili işlər nazirinin müavini Arpina Sarkisə "nümayişçilərin dəf edilməsi üçün xüsusi təyinatlı polislərin - qırmızı beretlilərin manatla mükafatlandırıldığı" barəsində sualından sonra başlayıb.
Avetisyan soruşub: "Zəhmət olmasa, deyin onlar bu hərəkətləri üçün nə qədər və hansı valyuta ilə - erməni dramı, yoxsa Azərbaycan manatı ilə mükafat alırlar? Mən nümayişçiləri amansızcasına döyən polisləri deyirəm".
Bu sual hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Hakim partiyadan olan deputatlardan biri soruşub: "Bəs sizə neçə milyon Rusiya rublu göndərilib və ondan nə qədərini xərcləmisiniz?" 
Hürr Tərcüman