Ermənistan parlamentində dava düşdü - VİDEO
2023-04-20 16:22:00
Hurriyyet.az "Yerevan Today" nəşrinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin İnsan Hüquqları Komissiyasının başçısı Taqui Tovmasyan aprelin 20-dəki çıxışı zamanı “hakimiyyətin yalan açıqlamalarına imkan verməyəcəyini” bəyan edib. Onu “Şərəf duyuram” fraksiyasından olan həmkarları Ayk Mamicanyan ilə Anna Mkrtçyan dəstəkləmək istəyiblər.
Spiker Alen Simonyan Tovmasyanı qaydalara riayət eləməyə çağırıb. Nəticədə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları müxalif deputatları iclas zalından çıxarıblar.
İnsidentdə iştirak edən deputatlara xəbərdarlıq edilib, onlar günün sonuna qədər çıxış etməkdən məhrum ediliblər.
Hürr Tərcüman