📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan parlamentinin sədri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” - VİDEO

2023-09-05 21:00:13

Ermənistan parlamentinin sədri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” - VİDEO

“Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımaması sualını cavablandırarkən deyib.

Onu da əlavə edək ki, Şenqavitdə Vətəndaş Sazişi partiyasının kampaniyası zamanı sakinlərdən biri yuxarı mərtəbədən Simonyanın başına su töküb.

Görüntülər sosial mediada yayılıb.