Ermənistan parlamentinin spikeri Alen Simonyan: İran Ermənistanı sevdiyi üçün yox, öz marağı üçün dəstəkləyir
İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini elan edəndə bunu ilk növbədə özü üçün edir. Bu barədə bu gün, fevralın 9-da Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komissiyasına sədr seçkilərinin müzakirəsi zamanı spiker Alen Simonyan bildirib.
Milli Məclis sədrinin sözlərinə görə, İran Ermənistana böyük sevgisi üzündən onu dəstəkləmir. “O, silah satır və öz dövlət maraqlarına uyğun onların daşınması ilə məşğul olur. Bu, Rusiyaya da aiddir Sizcə, Rusiya öz maraqlarını birinci yerə qoymalı və bəyan etməlidir ki, "Onların yaxşı brendi var, gəlin onlar üçün bir şey edək"։ Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim ölkənin də öz maraqları var”, deyə Simonyan bildirib.
Milli Məclisin sədri əmin edib ki, Ermənistanın Dağlıq Qarabağ problemindən başqa heç bir qlobal problemi yoxdur. Qarabağ problemindən başqa hansı problemlərimiz var? Biz 30 ildir bu məsələ ilə məşğuluq. 30 il sonra nə oldu? Müharibə başladı”, deyə o bildirib
Ülviyyə, Hurriyyet.az