📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Prezidenti İraq Prezidenti ilə görüşüb

2024-02-27 12:49:16

Ermənistan Prezidenti İraq Prezidenti ilə görüşüb

Hurriyyet.az xəbər verir ki, Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İraqa rəsmi səfərə gedib. O, Bağdadda İraq Prezidenti Əbdül Lətif Rəşid ilə görüşüb. Xatırladaq ki, İraq Prezidenti ötən ilin noyabr ayında İrəvana səfər edib.
Xaçaturtanın İraqın Baş naziri Məhəmməd Şiə əs Sudani, Ərbildə isə İraq Kürdistan muxtariyyətinin rəhbəri Neçirvan Bərzani və fəxri Prezidenti Məsud Bərzani ilə görüşləri planlaşdırılıb.
Ermənistan Prezidenti Bağdad universitetində mühazirə oxuyacaq, Bağdadda və Ərbildə erməni icmalarının nümayəndələri ilə görüşəcək.
Ermənistan nümayəndə heyətinə sahibkarlar da daxildir - onlar biznes forumunda iştirak edəcəklər.
Hürr Tərcüman